525.Az

300 il əvvəl batan gəmidən 5 milyard dollarlıq qızıl tapıldı


 

300 il əvvəl batan gəmidən 5 milyard dollarlıq qızıl tapıldı<b style="color:red"></b>

Kolumbiya hökuməti 1708-ci ildə ölkə sahillərində batan “Sn Xoes” adlı ispan gəmisinin tapıldığını elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya prezidenti Xuan Manuel Santos gəmidən təxminən 5 milyard dollar dəyərində qızıl aşkar edildiyini bildirib.

“Əla xəbər var- biz “San Xose”ni tapmışıq. Sabah bu haqda ətraflı məlumat verəcəm”-deyə prezidet Twitter səhifəsində yazıb.

“San Xoes” adlanan ispan gəmisi 1708-ci ildə Kolumbiya sahillərində ingilis donanaması ilə döyüşdə batırılmışdı.

Hesab olunur ki, onun göyərtəsində tonlarla qızıl, gümüş və s. qiymətli metallar olub.

Gəminin axtarışları onillər boyu aparılıb. 

 





05.12.2015    çap et  çap et