525.Az

Mənə gələn yol - mən bu yolda çoxdan varam


 

Mənə gələn yol - mən bu yolda çoxdan varam<b style="color:red"></b>

Şahidi vicdan olan həqiqətə nə vaxtsa yalan demək mümkündürmü?

lll

Həqiqəti qışqıraraq deyənlər ancaq öz həqiqətlərini çatdırmaq niyyətindədirlər. Əsl həqiqətin qışqırtıya ehtiyacı yoxdur.

lll

Vətən torpaqla insan arasındakı sevgidir.

lll 

Qorxaqlar bir-birinə bənzəmək istəyənlərdir, qəhrəmanlar isə əksinə.

lll

Boş vaxt ifadəsi bekar insanların “yaradıcılıq” məhsuludur.

lll

Zəif insanlar geriyə, güclülər isə irəliyə baxarlar.

lll

Tənhalıq adlı dostluğunun etibarı sona qədərdir.

lll

Sizə pislik etmiş insana cavab vermək istəyirsinizsə, onu mütləq halda unudun. O zaman özünüzə yaxşılıq etmiş olacaqsınız.

lll

Əgər bu dünyada sizi narahat edən,sizi yoran nələrsə varsa, onları öz dünyanızla qarşı-qarşıya qoyun. Dünyanız sizi o aləmdən alacaq və daha narahatlıq qalmayacaq.

lll

İnsanlarda eyib yox,eyibsizlik axtarmaq lazımdır.                                                             

lll

Dediklərimin yox,deyəcəklərimin insanını axtarıram.

lll

Çox bilmək, çox anlamaq heç də xoşbəxtlik deyil, anladıqca təklənirsən, anladıqca az anlanırsan.

lll

Eşitmək istədiklərimi söyləyə biləcək bir kəs-o, çox fərqli birisidir.

lll

İnsanın özü üçün yaşaması eqoistlik,başqası üçün yaşaması isə görüntüdür. Bəs orta hədd nədir?

lll

Yaranan nə varsa,gözəldir.

lll

Çox dostu olan yox, çox tanışı olan axırda tək qalar.

lll

Ən ədalətli hakim vicdandır.

lll

Ədalət susduğuna görə belə adlanır.

lll

Axtardığının nə olduğunu bilsəm,kimliyini asanlıqla təyin edərəm.

lll

Sənin anlanmağın üçün qarşıdakının duyğuları çox vacibdir.

lll

Kimliyin imzanla yox,söylədiyin sözlə təsdiqlənir.

lll

Oyanmaq istənilməyən yuxu, bəzən yaşanılan ömürdən daha dəyərli olur.

lll

Bir insanın əməllərini zaman şərçivəsinə sığışdırsaq, zamanın boş saniyələrinin belə olmadığı qənaətinə gələrik.

lll

Yaddan çıxmış bağışlamalar bir gün yeni zərbəyə çevrilə bilər.

lll

Sevgi ya olmalıdır, ya da ölməlidir.

lll

Xeyirxah adlandırdığın insanı tanımaq istəyirsənsə,onunla şərikli bir iş gör.

lll

Anlamsızlıq cəhalətin başlanğıcıdır.

lll

Kişi qadını yox,qadın özü-özünü ucuz tuta bilər.

lll

Məni həyatdan ayıra biləcək yeganə vasitə həyata və insanlara olan böyük yanaşmanın alt-üst edilməsidir.

lll

Necə illərdən sonra öz təravətini itirməyən yeganə hiss sevgidir.

lll

Əgər vicdan varsa, şahidə ehtiyac yoxdur.

lll

İnsan arzuladıqlarına doğru addımlayır.

lll

Özü üçün haqlı olan hər kəs varsa,onda haqsız ifadəsi leksikonumuzdan silinməlidir.

lll

Xoşbəxtlik çox nisbi məfhumdur.Dilənçi də xoşbəxt ola bilər,dünya gözəli də ,uşaq da-ani olaraq.

lll

Təmənna ilə uçurum arasında heç bir fərq yoxdur.

lll

Dünyada ən müqəddəs hiss vicdandır.Vicdan var,yoxsa yoxdur? Sualın bircə cavabı var.Vicdan ancaq var olan halda yaranıb.

  lll

Nə qədər çox geri baxacaqsansa,irəli sənin üçün bir o qədər uzaq görünəcək.

GÖZƏL

 





05.12.2015    çap et  çap et