525.Az

UNİBANK-da yüksək faizli əmanət qəbulu davam edir


 

UNİBANK-da yüksək faizli əmanət qəbulu davam edir<b style="color:red"></b>

Unibank  manatla yerləşdirilən əmanətlərin yüksək faiz dərəcəsi ilə qəbulunu  davam etdirir. Bankda  36 ay müddətinə, yüksək faizlə depozit yerləşdirmək çox asan oldu.

Yeni faiz dərəcələrinə görə, 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı  isə müvafiq olaraq illik 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5%  hesablanır.

18 aylıq əmanətlər üzrə faizlərin ayda bir dəfə, rübdə və yarım ildə bir dəfə  alınmasına görə, uyğun olaraq illik 12,5%, 12,6% və 12,7 % hesablanır.  Bu müddətlik əmanətlərin faizlərinin depozit müddətinin sonunda alınması isə, müştəriyə 13%-lik gəlir qazandırır.  

24 ay müddətinə qoyulan depozitlərə  illik 12,8% artım hesablanır. Faizlərin yarım ildə bir dəfə  götürüləcəyi halda hesablanan faizlər 13%, ildə bir dəfə  götürüləcəyi vəziyyətdə isə 13,2%-dir. 2 illik müddətli əmanətlərin faizi depozit müddətinin sonunda götürülərsə, bu zaman əmanətçinin vəsaitinə illik 13,5% hesablanır.

Unibank, yeni məhsulu olan 36 aylıq əmanətlər  üzrə yüksək faizlər təklif edir. Faizlər ildə bir dəfə alınarsa,  depozit üçün illik 13,8 faiz hesablanır. Faizlərin depozit müddətinin sonuna-36 aydan sonra götürüləcəyi halda isə, depozitə görə hesablanan faizlər maksimal həddə- illik 15,7%-lə ödənilir.

Qeyd edək ki, müddətli əmanətlərdə minimal məbləğ 500 AZN(USD,EUR)-dir. 36 aylıq cəlb edilən əmanətlər, yalnız manatla qəbul edilir. Unibankdan əmanətçilərə plastik kart hədiyyəsi də var.

Yeni əmanət faizləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından ((http://www.unibank.az/az/private-clients/deposits/urgent) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı!

 





17.01.2013    çap et  çap et