525.Az

“Bu qurum indiyə qədər hansı fəaliyyətlə məşğul olub?”


 

“Bu qurum indiyə qədər hansı fəaliyyətlə məşğul olub?”<b style="color:red"></b>

Millət vəkili Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, xüsusilə də məlum MTN olayları fonunda kəskin tənqid edib.

O, parlamentin dünənki plenar iclasında çıxışı zamanı qeyd edib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur:

“Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır.

Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.

KAMİL

 





05.12.2015    çap et  çap et