525.Az

SOCAR-ın vitse-prezidentləri xəsarət alan neftçilərə baş çəkiblər


 

SOCAR-ın vitse-prezidentləri xəsarət alan neftçilərə baş çəkiblər<b style="color:red"></b> Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
 
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, vitse- prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.
 
Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda hadisə baş verən  platformadadır.
 
Qeyd edək ki, bu gün  bu gün Ombudsman Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev,  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.
 
Xatırladaq ki,  qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
 





06.12.2015    çap et  çap et