525.Az

Xəsarət alan neftçilərdən daha biri xəstəxanaya yerləşdirildi


 

Xəsarət alan neftçilərdən daha biri xəstəxanaya yerləşdirildi<b style="color:red"></b> Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
 
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.
 
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.
 
Xatırladaq ki,  hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
 





06.12.2015    çap et  çap et