525.Az

"Yanğının söndürülməsi istiqamətində işlər davam edir"


 

"Yanğının söndürülməsi istiqamətində işlər davam edir"<b style="color:red"></b> "Günəşli” yatağındakı digər neft quyularında işlər davam edir, sadəcə 10-cu özüldə işlər dayandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".
 

Bunu APA-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.
 
O bildirib ki, yanğın söndürülən kimi özüldə bərpa işlərinə başlanılacaq: "SOCAR-ın prezidenti Rövnəq Abdullayev indi hadisə yerindədir. Yanğın söndürüləndən sonra bərpa işlərinə başlanılacaq. Bərpa işləri yekunlaşandan sonra quyular istifadəyə veriləcək. Orada 26 neft quyusu, 4 qaz kondensantı var ".
 
 
O qeyd edib ki, dəymiş ziyan hasil olunmayan neft və qazdır: "Bu da ziyan deyil, çünki çıxarılmayan neft və qazdır".
 





06.12.2015    çap et  çap et