525.Az

Türkiyənin Almaniyadakı baş konsulluğunun binasına basqın


 

Türkiyənin Almaniyadakı baş konsulluğunun binasına basqın<b style="color:red"></b>

Türkiyənin Almaniyanın Ştutqart şəhərindəki baş konsulluğunun binasına boya ilə dolu torbalar atılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ştutqart polisi açıqlama yayıb.

Məlumata görə, konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb. Hadisənin törədilməsində siyasi motivin olub-olmaması araşdırılır.

Açıqlamada bildirilib ki, hadisədən öncə konsulluğa qarşı hədələyici çıxışlar olmayıb.

Hadisəni törədənin kimliyi bilinmir.

 





07.12.2015    çap et  çap et