525.Az

"İtkin düşənləri tapmaq mümkün olmayıb"


 

"İtkin düşənləri tapmaq mümkün olmayıb"<b style="color:red"></b> SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.
 
O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.
 
Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.
 





07.12.2015    çap et  çap et