525.Az

Şirvanda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib


 

Şirvanda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib<b style="color:red"></b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Şirvan şəhərində keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq "Günəşli" neft yatağının 10-cu özülündə baş vermiş dəhşətli qəza nəticəsində həyatını itirən insanları anılıb. Daha sonra tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır.
 
Onun sözlərinə görə, bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir:
 
“Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü cəmiyyəti əxlaqi, milli-vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə deyib ki, milli kimliyinə sahib olmayan millətlərin tarixdə ancaq adı qalır:

“Mlli adət və ənənələrinə sadiq olan millət heç vaxt yad düşüncələrin qurbanına çevrilmir. Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də hər bir ölkə vətəndaşının mənəvi dəyərlərimizə sahib olmasından keçir”.

C.Əzimbəyli tədbirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünü yaxınlaşdığını xatırladaraq, onu ruhuna dualar oxuyub.

Tədbir də Şirvan şəhər icra hakimiyyətinin baş məsləhətçisi Hüseynov  Adəm və DQİDK- nin Şirvan şəhər  bölgə müdiri Mürşid Rzayev mövzu ətrafında çıxış ediblər.

 





07.12.2015    çap et  çap et