525.Az

Bakıda Meksika Kinosu Günləri keçiriləcək


 

Bakıda Meksika Kinosu Günləri keçiriləcək<b style="color:red"></b>

Bu gün saat 19:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçiriləcək Meksika Kinosu Günlərinin açılışı olacaq.

Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan və dekabrın 11-dək davam edəcək Kino Günləri çərçivəsində 7 dekabr saat 19:00-da “Səfil həyat”, 8 dekabr saat 12:00-da “Makario”, 9 dekabr saat 12:00-da “Ümid var”, 10 dekabr saat 12:00-da “Varislər”, 11 dekabr saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub.
 
Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Cavid QƏDİR

 





07.12.2015    çap et  çap et