525.Az

İtkin düşən 29 nəfərdən 6-nın cəsədi tapıldı


 

İtkin düşən 29 nəfərdən 6-nın cəsədi tapıldı<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.
 
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqr.

Axtarış davam etdirilir.

Əlavə məlumat veriləcək.
 





07.12.2015    çap et  çap et