525.Az

Rusiya telekanalından Azərbaycana qarşı təxribat


 

Rusiya telekanalından Azərbaycana qarşı təxribat<b style="color:red"></b> Rusiyanın "Lifenews" kanalı Azərbaycana qarşı təxribata yol verib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 5-də efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif olunub.

Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə Azərbaycanın ərazisindən çıxarılıb.
 
Süjetdə Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılıb. 
 
Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.
 





07.12.2015    çap et  çap et