525.Az

Xalq yazıçısı Anar baş redaktorlara üzvlük vəsiqəsini təqdim etdi - Fotoreportaj


 

Xalq yazıçısı Anar baş redaktorlara üzvlük vəsiqəsini təqdim etdi - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ədəbi quruma üzv seçilən baş redaktorlara üzvlük vəsiqəsini təqdim edib.

Modern.az xəbər verir ki, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı üzvlük vəsiqəsini xalq yazıçısından qəbul ediblər.

Birliyin sədri vəsiqələri təqdim edərkən Akif Aşırlı və Elşad Eyvazlıya AYB ilə əlaqələrin gücləndirmələrini və bunun ədəbiyyatın inkişafı üçün vacibliyini qeyd edib.

“525-ci” qəzetin baş redaktoru  Rəşad Məcid Akif Aşırlının araşdırmalarından və Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabından bəhs edib. Qeyd edək ki, Qəbul Komissiyası və katiblik bu il ədəbi quruma yeni üzvlər daxil edib.

Xalq yazıçısı vəsiqələri təqdim edəndən sonra yeni üzv seçilən  baş redaktorlarla çağdaş ədəbiyyatın problemləri və perspektivləri barəsində söhbət edib.

Müzakirədə qurumun gənclər üzrə katibi, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid və Tərcümə Seksiyasının, “Ədəbiyyatın dostları” klubunun rəhbəri Pərvin də iştirak edib.

 





07.12.2015    çap et  çap et