525.Az

İqtisad Universitetində yubiley tədbirlərinin intellektual startı


 

İqtisad Universitetində yubiley tədbirlərinin intellektual startı<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nə? Harada? Nə zaman?” inellektual yarışı keçirilib.

Universitetdən verilən məlumata görə, beyin yarışı UNEC-in 85 illik yubileyinə həsr edilib.

UNEC-in “İqtisadçı” qəzetinin baş redaktoru, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun təşkil etdiyi tədbirə ölkənin 10-dan çox aparıcı universitetlərinin tələbə və məzunlarından ibarət 17 komanda qatılıb. Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.

3 tur və 36 sualdan ibarət gərgin mübarizədə I yeri “Vendomat” komandası tutub. Komandanın kapitanı UNEC-in magistrantı Türyan  Məmmədovdur. II vəIII yerlərin sahibləri müvafiq olaraq “HİT” və “Dream Team” komandaları olublar. “Vendomat”a orijinal çin şahmat dəsti hədiyyə edilib.

UNEC-in Tələbə Gənclər Təşkilatı hər üç qalib komandanın üzvlərinə milli futbol çempionatının “Neftçi” – “Zirə” oyununa biletlər verib. Bütün iştirakçılara nəfis kitablar və digər simvolik hədiyyələr təqdim edilib.

Vəfa MƏMMƏDLİ

 





07.12.2015    çap et  çap et