525.Az

Draytulinq üzrə III Açıq Respublika Çempionatı uğurla başa çatıb


 

Draytulinq üzrə III Açıq Respublika Çempionatı uğurla başa çatıb<b style="color:red"></b>

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) 6 dekabr “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə III Açıq Respublika Çempionatının final mərhələsi uğurla başa çatıb.
 
Federasiyadan 525.az-a verilən məlumata görə, çempionatda əvvəlki təsnifat mərhələlərini müvəffəqiyyətlə keçərək finala vəsiqə qazanan 18 oğlan və 8 qız idmançı birincilik uğrunda qızğın mübarizə aparıb.
 
Draytulinq üzrə III Açıq Respublika Çempionatının sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin Diplom və medalları və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar.
 
Çempionatın qalibləri: Oğlanlar arasında I yer- Rinat Rəhimxanov, II yer- Şıxrəhimov Qalib, III yer- Atluxanov Alim.

Qızlar arasında I yer- Əhmədova Leyla, II yer- Səfərova Sima, III yer- Məmmədova Reyhan.
 
Klublar arasında I yer - Qafqaz Dağçılıq İdman Klubu, II yer - Qərb Universiteti İdman Klubu olub.

 





07.12.2015    çap et  çap et