525.Az

“Azpetrol”da yeni baş direktor


 

“Azpetrol”da yeni baş direktor <b style="color:red"></b>

“Azpetrol LTD” MMC-nin baş direktoru vəzifəsinə Ceyhun Məmmədov təyin edilib.

Bu barədə Modern.az-a “Azpetrol”un mətbuat xidmətindən məlumat verilib.

Ceyhun Məmmədov 1999-cu ildən “Azpetrol” şirkətində müxtəlif vəzifələrdə çalışır.

Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o, şirkətin əməliyyat departamentinin rəhbəri olub.

Xatırladaq ki, "Azpetrol” şirkətinin eks-baş direktoru Hüseynağa Rəhimov ötən həftə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 





07.12.2015    çap et  çap et