525.Az

Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb


 

Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb<b style="color:red"></b>

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan xəstələrin hamısının vəziyyəti stabildir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.

Onun sözlərinə görə, qəza baş verdiyi gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib:

"Ümumilikdə hazırda xəstəxanada 13 xəstə var. Bu gün iki nəfər evə buraxılacaq. 1959-cu il təvəllüdlü Rəcəbov Mərdan, 1968-cil il təvəllüdlü Əliyev Ənvər ambulator müayinəyə buraxılacaq. Bundan başqa, xəstələr daimi psixoloq müayinəsindən keçirilir".

 





08.12.2015    çap et  çap et