525.Az

Atəşkəs yenə pozulub


 

Atəşkəs yenə pozulub<b style="color:red"></b>

Ermənistan tərəfi atəşkəsi növbəti dəfə pozub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.

 





18.01.2013    çap et  çap et