525.Az
Nardaranda silah-sursat tapıldı
Nardaran qəsəbəsində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, dekabrın 7-də polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində məişət tullantıları yığılmış yerdən 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd “Vinçester” markalı tüfəng və 13 ədəd patron tapılıb.
Fakt üzrə araşdırma aparılır.
08.12.2015
çap et