525.Az

Bakıda əlil kişi diri-diri yandı


 

Bakıda əlil kişi diri-diri yandı<b style="color:red"></b> Yanvarın 17-də Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib.

Dövlət Yanğından Mühafizə xidmətindən Lent.az-a verilən məlumata görə, Həzi Aslanov küçəsi 43 ünvanında yanğın qeydə alınıb. Nəticədə mənzildəki yataq dəsti və ev sahibi, 1941-ci il təvəllüdlü Teymurov Niyazi Tahir oğlu yanıb. 72 yaşlı kişi elə yataqdaca yanaraq ölüb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, 72 yaşlı N.Teymurov əlildir və ailə  qurmayıb. O, uzun müddət imiş, tənha yaşayırmış və yanvarın 17-də yatarkən sobadan onun yatdığı çarpayıdakı yataq dəstinə yanğın keçib. N.Teymurov elə yataqdaca yanıb.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





18.01.2013    çap et  çap et