525.Az

“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə


 

“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrixfon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “BasatınTəpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib.

Mərkəzdən "Report"a bildirilib ki, boy Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, Çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, macar, italyan, Ukrayna, həmcinin Azərbaycanda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udi, ləzgi, gürcü, erməni dillərində də nəşr edilib. Layihənin ilk mərhələsində kitabın 25 dildə nəşri nəzərdə tutulub.

Növbəti mərhələlərdə kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi planlaşdırılıb.

 





08.12.2015    çap et  çap et