525.Az

Bakıda yeni möhtəşəm binanın fotosu


 

Bakıda yeni möhtəşəm binanın <b style="color:red">fotosu</b>

Bakıda möhtəşəm elm ocağı tikilir.

Milli.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi sürətlə davam etdirilir.

Mərkəzin ümumi şöbəsinin müdiri Züleyxa Baxşıyeva Milli.Az-a açıqlamasında bildirdi ki, mərkəzin tikilməkdə olan beşmərtəbəli binasının son mərtəbəsi inşa olunur. Mərkəzdə redaksiya, mini tipoqrafiya, kitab anbarı olacaq.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat ayrılıb

 





18.01.2013    çap et  çap et