525.Az

Cahangir Hacıyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib


 

Cahangir Hacıyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib<b style="color:red"></b>

Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni BakıApellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

 





08.12.2015    çap et  çap et