525.Az

Xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib


 

Xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib<b style="color:red"></b>

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib.

FHN-dən APA-ya bildirilib ki, xaricdən dəvət olunmuş şəxslər yanğınsöndürmə üzrə mütəxəssis deyillər.
 
FHN-dən o da bildirib ki, Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var.
 
APA-nın əldə etdiyi məlumata görə, ABŞ-dan dəvət olunmuş iki mütəxəssisquyudakı axıntı və sızıntıların qarşısını almaq və hazırkı vəziyyəti təhlil etmək üçün dəvət olunub.

 





09.12.2015    çap et  çap et