525.Az

Düşmənin növbəti pilotsuz uçan aparatı məhv edildi


 

Düşmənin növbəti pilotsuz uçan aparatı məhv edildi<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

 





09.12.2015    çap et  çap et