525.Az

"Time" "İlin adamı"nı seçdi


 

"Time" "İlin adamı"nı seçdi<b style="color:red"></b> ABŞ-ın "Time" jurnalı "İlin adamı"nı seçib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu ada Almaniya kansleri Angela Merkel layiq görülüb.

Daha öncə açıqlanan namizədlərin "qısaldılmış siyahısı"nda 8 nəfərin adı var idi. Onlar arasında Rusiya prezidenti Vladimir Putin, Ağ evin sahibi uğrunda seçkilərdə iştirak edən amerikalı milyarder Donald Tramp, eləcə də İran prezidenti Həsən Ruhani yer almışdı.
 





09.12.2015    çap et  çap et