525.Az

Fuad Qəhrəmanlı barəsində həbs qərarından apellyasiya şikayəti verilib


 

Fuad Qəhrəmanlı barəsində həbs qərarından apellyasiya şikayəti verilib<b style="color:red"></b> Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apellyasiya şikayəti verilib.
 

Vəkil Fəxrəddin Mehdiyev APA-ya bildirib ki, Nəsimi rayon Məhkəməsinin Fuad Qəhrəmanlı barəsində çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayət bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
 
Qeyd edək ki, F. Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.
 





09.12.2015    çap et  çap et