525.Az

İnstitutlardan birinin adı dəyişdirildi


 

İnstitutlardan birinin adı dəyişdirildi<b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan RespublikasıTəhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.

 





10.12.2015    çap et  çap et