525.Az

Obama bu ilin ən çox sevdiyi mahnı, serial, kitab və filminin adını açıqlayıb


 

Obama bu ilin ən çox sevdiyi mahnı, serial, kitab və filminin adını açıqlayıb<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama bitməkdə olan ilin ən çox sevdiyi mahnısı, serialı, kitab və filminin adını açıqlayıb.

"Report" "People"a istinadən xəbər verir ki, prezident amerikalı repçi Kendrik Lamarın "How Much a Dollar Cost" bəstəsini bəyənir.

Obama sevimli kitabı qismində yazıçı Loren Qroffun "Fates and Furies" romanının adını çəkib. O, həmçinin Amerika filmlərindən Mett Deymonun rol aldığı "Marslı" filmini qeyd edib.

ABŞ prezidentinin sevimli serialı isə "Nikerboker xəstəxanası" imiş.

 





10.12.2015    çap et  çap et