525.Az

İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb


 

İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu gün genişmiqyaslı axtarışlara başlanılıb.

Bütün sərhədboyu ərazilər daxil olmaqla axtarışlar aparılır.

Hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 7 gəmisi, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 gəmi və 2 helikopteri axtarışı həyata keçirir.

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki 4 qaz quyusundakı yanğının söndürülməsi ilə isə 5 gəmi məşğuldur.

 





10.12.2015    çap et  çap et