525.Az

Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib


 

Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
 
Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan C. Hacıyev apellyasiya şikayəti verib.

 





10.12.2015    çap et  çap et