525.Az

"Radio və televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib"


 

"Radio və televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib"<b style="color:red"></b> “Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”.
 
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.
 
O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.
  
MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb:

“Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir”.
 





11.12.2015    çap et  çap et