525.Az

"Azərbaycan dilinin efirdə tam həcmdə tətbiq edilməsinə mane olmağa çalışan qüvvələr olub"


 

"Azərbaycan dilinin efirdə tam həcmdə tətbiq edilməsinə mane olmağa çalışan qüvvələr olub"<b style="color:red"></b>

“2008-ci ildə bəzi istisnalar nəzərə alınmaqla efirdə yayımın tam həcmdə Azərbaycan dilində aparılmasına qərar verildi. Artıq 8 ildir ki, Azərbaycan televiziyaları və radioları yayımlarını dövlət dilində həyata keçirir. Dövlət dilinin efirdə tətbiqi ilə bağlı qaydaları qəbul etmək və onların icrasına nail olmaq Milli Televiziya və Radio Şurası üçün o qədər də asan olmayıb”.

“Report” xəbər verir ki, bunu Millli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində həyata keçirilmiş monitorinqin nəticələrinin açıqlanması ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bir sıra xarici, həmçinin bəzi daxili qüvvələr Azərbaycan dilinin efirdə tətbiqi ilə bağlı qərarların icrasına açıq-aşkar mane olmağa cəhd ediblər:

“Ölkə rəhbərliyinin iradəsi və hərtərəfli səyi nəticəsində həmin vəzifələr yerinə yetirildi”.

 





11.12.2015    çap et  çap et