525.Az

Dilçilik İnstitutuna direktor təyin olundu


 

Dilçilik İnstitutuna direktor təyin olundu<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.
 
APA-nın xəbərinə görə, AMEA rəhbərliyinin qərarı ilə bir müddət əvvəl institutun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.
 
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli M. Nağısoylunu kollektivə təqdim edib. 
 
Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.
 





11.12.2015    çap et  çap et