525.Az

Təyyarə bileti almaq üçün tövsiyə olunmayan gün hansıdır?


 

Təyyarə bileti almaq üçün tövsiyə olunmayan gün hansıdır?<b style="color:red"></b>

Hava yollarının fəaliyyətinin hesabatlarını hazırlayan “Airlines Reporting Corporation” qurumu dünya üzrə təxminən 10 milyon aviabiletin qiymətlərini araşdırıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, araşdırmaya görə iş məqsədilə səyahət edənlər biletlərini çox zaman iş həftəsinin sonu, yəni cümə günü alır. Statistikaya görə tətil məqsədilə səyahət edənlər bileti bazar günü almağa üstünlük verirlər. Buna görə də həmin günlərdə biletlər baha qiymətə satılır.

“Airlines Reporting Corporation”ın araşdırmasına görə Avropa istiqamətinə həyata keçirilən uçuşlara ən ucuz bilet 140 gün əvvəl, ABŞ-a olan uçuşlara isə 57 gün əvvəl alınan biletlərdir.

Qurum onu da qeyd edib ki, biletləri çox erkən almaq bəzən daha baha başa gələ bilər. Çünki aviaşirkətlər beynəlxalq uçuşların bilet qiymətlərini təxminən 5-6 ay əvvəl müəyyən edir. Uçuşa 6 aydan çox müddət qaldığı halda biletlərin qiyməti baha olur.

Qeyd edək ki, araşdırmalar ucuz təyyarə bileti almaq üçün ən yaxşı günün çərşənbə axşamı olduğu müəyyən edilib. Bunun səbəbi ondadır ki, həftənin ilk günü aviabiletlərin qiymətini müəyyən edənlər ötən həftənin sonunda kifayət qədər biletin satılmadığını gördükdə biletlərin qiymətində endirim edirlər. Bazar ertəsi günü edilən endirimlər isə səhəri gün, yəni çərşənbə axşamı satışa çıxarılan biletlərə şamil olunur.

 





11.12.2015    çap et  çap et