525.Az

"Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"


 

"Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"<b style="color:red"></b>

"Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq".
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordinasiya Şurası da yaradılıb:
 
"Dekabrın 21-də İranın paytaxtı Tehran şəhərində görüş keçiriləcək.

Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr dəmir yolu çəkiləcək.

Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".

 





12.12.2015    çap et  çap et