525.Az

“Qardaş qələmlər”in yeni sayı


 

“Qardaş qələmlər”in yeni sayı<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin nəşri olan “Qardaş qələmlər”in oktyabr sayı məşhur qırğız şairi Alıkul Osmanovun 100 illik yubileyinə həsr olunub.

Dərgi yubilyarın şeirləri ilə açılır. Şeirləri TÜRKSOY baş katibi Düsein Kaseinovun “Türk dünyasının tayı-bərabəri olmayan şairi” yazısı izləyir. Baş katib məqalədə Alıkul Osmanovu türk dünyasından Abdullah Tukay, Maqcan Yumabayev, Mikayıl Müşfiq, Cahit Sıtkı Tapançı kimi həyatla tez vidalaşan, amma buna baxmayaraq milli ədəbiyyatda klassik şairi kimi səciyyələndirib. 

Jurnalda yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş professor Gülzura Cumakunovanın “Ömür -ölüm qovşağında Alıkul”, Nurabiubiu Borsokayevanın “Qısa ömrünə saysız-hesabsız əsər sığdıran şair: Alıkul Osmanov”, İbrahim Türkxanın “Yolu yarısında tərk edən şair” yazıları yer alıb.

Dərgidə Əhməd Halmıratın “Bizim küçənin nağılı”, Ayagül Mantayın “Cövhər”, Musakun Satıbaldıyevin “Beş som”, Osman Çeviksoyun “Gün axşam olmadan...” və digər maraqlı yazıları öz əksini tapıb.

“Qardaş qələmlər” sentyabr ayında Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi kitab sərgisi haqqında informasiyanı da geniş işıqlandırıb.

S.ABDULLAYEVA

 





13.12.2015    çap et  çap et