525.Az

İtkin düşən neftçilərin axtarışına bir təyyarə və 3 helikopter cəlb olunub


 

İtkin düşən neftçilərin axtarışına bir təyyarə və 3 helikopter cəlb olunub<b style="color:red"></b>

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) 525.az-a verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.

“Hazırda  1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır” deyə, məlumatda bildirilib.
 
Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.
 
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.

 





13.12.2015    çap et  çap et