525.Az

Rus Dram Teatrında “Afina axşamları”


 

Rus Dram Teatrında “Afina axşamları”<b style="color:red"></b>

2016-cı il yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina axşamları” tamaşasının premyerası olacaq.

Teatrdan 525.az-a verilən məlumata görə, Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasovadır.

Tamaşanın musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovundur.

Rolları Xalq Artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayacaqlar.

Cavid QƏDİR

 





14.12.2015    çap et  çap et