Bu gün Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının yaxınlığında 3 avtomobil toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanları nümayəndələri və təcili tibbi yardım maşını göndərilib.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsini toy karvanında olan avtomobillər törədib. 3 avtomobil toqquşub, nəticədə onlardan biri yanıb. Yanan avtomobil "Mercedes" markalı olub.
çap et