525.Az

Multikulturalizm Mərkəzində müşavirə


 

Multikulturalizm Mərkəzində müşavirə<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Myultikulturalizm Mərkəzində müşavirə keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, müşavirədə Kitabi-Dədə Qorqud dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub.
 
Kamal Abdullayev qonaqları salamladıqdan sonra bildirib ki, bu günlər bütün Azərbaycanın, Azərbaycanın xarici ölkələrdəki dosltarının ürəyində Heydər Əliyev sızıltısı var. Bütün təşkilatlarda, o cümlədən Multikulturalizm Mərkəzində, Bilik Fondunda və Bakı Slavyan Universitetində anım günləri keçirilib.

H.Əliyevin ən böyük arzularından biri Azərbaycanda yaşayan müxtəlif etnik qrupları, bir-biri ilə yüksək səviyyədə qurulmuş dostluq, qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək idi. Onu bu gün prezident İlham Əliyevin fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində həyata keçirir.

O, Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına çox böyük diqqət ayırırdı və onların öyrənilməsini bu günkü nəslin tərbiyyəsində, bu günkü azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğuna inanırdı. Onun layiqli və mənəvi davamçısı İlham Əliyev bu istiqamətdə ciddi və dəqiq addımlar atmaqdadır. Bu addımlardan biri də xalqımızın mənəvi dəyəri olan, təkçə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olan Kitabi Dədə-Qorqud dastanının öyrənilməsi ilə bağlıdır.

Heydər Əliyevin bu qaynağa, bu mənəvi mirasa ciddi və son dərəcə təlabat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxardıb.

İlham Əliyev Kitabi Dədə-Qorqud  dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar bir sərəncam imzaladı və sərəncamda Azərbaycan dastanını bütün dünyaya tanıdılmasını imzası ilə təsdiq etdi.
Sərəncamı rəhbər tutaraq il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, dəyirmi masalar düzənlənib.

Bugünlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu  kitabını 25 dilə çevirərək nəşr edib.

Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.

Sonra müşavirədə çıxışlar edilib. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan Dədə Qorqud dastanın dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb. Akademik lideri Heydər Əliyevin qeyd etdiyi kimi Kitabi Dədə Qorqudun Azərbaycan xalqına məxsus olduğunu və onun sahibinin Azərbaycan xalqının olduğunu soyləyib və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Mədəniyyət və Turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib. Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova çıxış edərək prezidentin sərəncamının bütün Azərbaycan üçün çox vacib olduğunu, Təhsil Nazirliyi üçün də çox böyük  əhəmiyyət kəsb etdiyini və nazirliyin bu sərəncama uyğun olaraq xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif  bölgələrində konfransların keçirildiyini söyləyib.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun direktoru İlham Məmmədzadə, Yazıçılar birliyinin katibi Rəşad Məcid, Bakı Beyneəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında Kitabi- Dədə Qorqud dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamın üstün məziyyətlərində söz açıb və mənsub oıduqları təşkilatların həyata keçirdikləri tədbirlər barədə məlumat verib.

Müşavirənin sonunda 25 dilə tərcümə edilərək çap olunan “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara  hədiyyə edilib.

 





14.12.2015    çap et  çap et