525.Az

Təmas xəttində monitorinq keçiriləcək


 

Təmas xəttində monitorinq keçiriləcək<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.
 





15.12.2015    çap et  çap et