525.Az

Beynəlxalq Çay Günüdür


 

Beynəlxalq Çay Günüdür<b style="color:red"></b>

Bu gün Beynəlxalq Çay Günüdür.

525.az-ın verdiyi məlumata görə, bu, hər il dekabrın 15-də Təhsil və Ünsiyyət Mərkəzinin (Centre for Education and Communication) təşəbbüsü ilə keçirilən qeyri-rəsmi bayramdır.

"Beynəlxalq çay günü" yeni bayramdır. "Çay günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu 2004-cü ildə Hindistanın Mumbay şəhərində, eləcə də 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub.

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf edib.

Çay ağacının vətəni Çin hesab edilir. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. Əvvəllər ancaq dərman vasitəsi kimi istifadə olunub. Zaman kçedikcə hazırda olduğu kimi gündəlik içilən içki halına gəlib.

Çay Azərbaycana ilk dəfə 1912-ci ildə gətirilib. İlk çay zavodu Lənkəranda tikilib. İndiyədək də Azərbaycanın çay mərkəzi hesab olunur.  

Cavid QƏDİR

 





15.12.2015    çap et  çap et