525.Az

İtalyan balıqçı 120 kiloluq naqqa balığı tutdu


 

İtalyan balıqçı 120 kiloluq naqqa balığı tutdu <b style="color:red"></b>

İtaliyalı balıqçı Yuri Qrisendi rekord çəkiyə malik naqqa balığı tutub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmişəki kimi Po çayında balıq tutmaqla məşğul olan Qrisendi tilovuna düşən 120 kiloluq balığı quruya çıxara bilib.

“20 ildir balıq tuturam, amma bu nəhənglikdə böyük naqqa balığı ilə rastlaşmamışam. Onunla mübarizəyə çox vaxt sərf etsəm də, buna dəyərdi”, - deyə balıqçı hisslərini bölüşüb.

Bu ilin fevralında isə Dino və Dario Ferrari qardaşları Po çayında 2,7 metr uzunluğunda və 127 kiloqram çəkiyə malik balıq tutublar.

 





15.12.2015    çap et  çap et