525.Az

Günəşli yatağındakı qəzada həlak olanlara ithaf


 

Günəşli yatağındakı qəzada həlak olanlara <b style="color:red">ithaf</b>

Güney Azərbaycanın Əhər şəhərində müəllim işləyən Həmid Ənbaz bugünlərdə Günəşli yatağında baş verən qəzadan təsirlənib və qəza qurbanlarının xatirəsinə ehtiram olaraq bu şeiri qələmə alıb.

HALAL EYLƏ, GƏLƏMMİRƏM

Son görüşüm mesaj oldu,
Halal eylə gələmmirəm.
Gözlərimlə yol çəkirəm,
Halal eylə, gələmmirəm.
Bir yanım od, bir yanım su,
Nə söz qanır, nə də ki sov.
Umud töküb əlimə su,
Halal eylə, gələmmirəm.
Kərəm yoxdu suda, odda,
Səs verən yoxdu fəryada.
Tanrı özü çatsın dada,
Halal eylə, gələmmirəm.
Sanki yanar dağdı, alov,
Nəfəsləri boğdu alov,
Dalğalara qoğdu alov,
Halal eylə, gələmmirəm.
Suda, odda yürüş çəkir,
Günahsızın qanın tökür.
Ürəklərə nisgil əkir,
Halal eylə, gələmmirəm.
Kimi qala, kimi itə,
Çağlar gəlib keçib ötə,
Görüş qalsın qiyamətə,
Halal eylə gələmmirəm.

Həmid ƏNBAZ

 





15.12.2015    çap et  çap et