525.Az

Əli Əhmədovun iştirakı ilə ictimai müzakirələr keçiriləcək


 

Əli Əhmədovun iştirakı ilə ictimai müzakirələr keçiriləcək<b style="color:red"></b>

"İcbari tibbi sığorta haqqında" qanunla bağlı parlamentdə ictimai müzakirələr keçiriləcək.
 

Bu haqda MM-in yeni Səhiyyə komitəsinin ilk iclasında məlumat verilib.

Komitənin sədri, akademik Əhliman Əmiraslanov "İcbari tibbi sığorta haqqında" qanunun çoxdan qəbul edildiyini, bu qanunun icrasını təımin etmək üçün müvafiq Agentliyin yaradıldığını xatırladıb və bildirib ki, cəmiyyət artıq icbari tibbi sığortanın tətbiqinə başlanılmasını gözləyir:
 
"Sevindirici haldır ki, gələn ildən də ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə də artıq ciddi işlər görülür. Xüsusilə də, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə bu məsələ ciddi diqqət mərkəzində saxlanılır. Haradasa gələn ilin axırlarında da icbari tibbi sığortaya başlanılması gözlənilir.

Ona görə də hesab edirəm ki, Əli müəllimin və ya onun nümayəndəsinin, eləcə də, yeni Agentliyin rəhbərinin iştirakı ilə "İcbari tibbi sığorta haqqında" qanunla bağlı ictimai müzakirələrin, dinləmələrin aparılmasına ehtiyac var və bu, mütləq təşkil edilməlidir".

Komitə sədrinin bu təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.

Kamil HƏMZƏOĞLU

 





15.12.2015    çap et  çap et