525.Az

Sabir Rüstəmxanlı oxucuları üçün kitab imzalayıb


 

Sabir Rüstəmxanlı oxucuları üçün kitab imzalayıb<b style="color:red"></b>

Artıq bir neçə gündür ki, Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkası çərçivəsində yazıçıların, şairlərin imza günləri keçirilir.
 
"Qanun" nəşrlər evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən imza günləri ziyarətçilərin böyük marağına səbəb olub.

Dekabr ayının 11-də Xalq şairi Sabir Rüstəmxanlının imza günü olub. Şair həmin gün oxucularının görüşünə "Difai fədailəri", "Əbədi sevda", "Şair və Şər", "Atamın ruhu", "Dərdə əyilmə" və digər kitabları ilə gəlib.

Eyni zamanda rusdilli oxucular Sabir Rüstəmxanlının ruscaya tərcümə olunmuş əsərlərini müəllifin imzası ilə əldə ediblər.

Dekabrın sonuna kimi davam edəcək imza günlərində digər tanınmış şair və yazıçıların da imza günləri keçiriləcək.

 





15.12.2015    çap et  çap et