525.Az

Kralın itini təhqir edən 37 il həbs oluna bilər


 

Kralın itini təhqir edən 37 il həbs oluna bilər<b style="color:red"></b>

27 yaşlı Tailand vətəndaşı ölkə kralının itini təhqir etdiyi üçün 37 ilə qədər həbs cəzası ala bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey Tanakorn Siripaybunun “Facebook”dakı səhifəsində 3 şəkil paylaşması və şəkillərin birinin altında Tailand kralının iti barədə satirik fikirlər yazmasından sonra başlayıb.

İndi bu gənc “kral əlahəzrətlərinin təhqir olunması” və kralın fotoşopa məruz qalmış şəklini “layk” edərək paylaşmasına görə, üstəlik “kompüter cinayətləri” maddəsi ilə ittiham olunur.

Tailandın Cinayət Məcəlləsində kral və onun ailə üzvlərinin təhqir və tənqid olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutan bir neçə maddə var.

 





15.12.2015    çap et  çap et