525.Az

Britaniyalılar üçün tarixi hadisə


 

Britaniyalılar üçün tarixi hadisə<b style="color:red"></b>

Avropa Kosmos Agentliyində ilk britaniyalı kosmonavt Tim Pik kosmosa səyahət edib.

Qazaxıstanın Baykonur kosmos bazasından Sovet istehsalı “Soyuz” raketi ilə səyahətə çıxan heyətdə T.Pik ilə yanaşı, rusiyalı Yuri Malençenko və amerikalı Tim Kopra da olublar. Kosmonavtlar Beynəlxalq Kosmos Stansiyasına səyahət ediblər. Altı aylıq səyahət müddətində stansiyada elmi araşdırmalar aparılacaq.

Raket 9 dəqiqə sonra yerin cazibə qüvvəsindən kənarlaşıb.

Raketin havalanmasını canlı izləyən Britaniyanın Baş naziri Devid Kemeron T.Pikə Britaniya xalqı adından uğurlar arzulayıb.

İlk Britaniya vətəndaşı 1991-ci ildə kosmosa səyahət edib.

AzərTAc

 





16.12.2015    çap et  çap et